Ən güclü hava hücumundan müdafiə sistemi olan ÖLKƏLƏR

10:05 08.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2025-ci ildən etibarən ölkələrin hava hücumundan müdafiə imkanları hərbi çəkindirmə baxımından hər zamankindən daha əhəmiyyətli hala gəlib. Qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər hava hücumundan müdafiə sistemlərinin həm texnoloji, həm də strateji əhəmiyyətini artırıb. Bəs, dünyanın ən güclü hava hücumundan müdafiə sistemləri hansı ölkələrdir?

Hafta.az-ın yazdığına görə, Global Firepower bu ilin məlumatlarına əsaslanaraq ən güclü hava hücumundan müdafiə sisteminə malik ölkələrin siyahısını tərtib edib. İlk onluğu diqqətə çatdırırıq:

10. Almaniya IRIS-T SLM orta mənzilli hava hücumundan müdafiə sistemi ilə birlikdə NATO çərçivəsində istifadə edilən Patriot sistemləri ilə inteqrasiya edilmiş hava hücumundan müdafiə qabiliyyəti yaradır.

9. Türkiyə Hisar-A+, Hisar-O+ kimi qısa və orta mənzilli yerli müdafiə sistemləri ilə yanaşı, uzun mənzilli SİPER layihəsi ilə də mühüm mərhələyə çatıb. Qabaqcıl radar sistemləri və S-400 Triumph tərəfindən dəstəklənən struktur Türkiyəni ilk 10-luğa daxil edir.

8. Cənubi Koreya yerli L-SAM sistemi ilə uzun mənzilli təhdidlərə qarşı mühüm müdafiə addımı atdı. Eyni zamanda, PAC-3 sistemləri tərəfindən dəstəklənən inteqrasiya edilmiş struktur qurulur.

7. İsrail Arrow 3, Barak-8 və Iron Dome sistemlərinə əlavə olaraq çoxqatlı müdafiə yanaşması ilə qısa, orta və uzun mənzilli təhlükələrə qarşı tam miqyaslı hava qalxanı qurub.

6. İran Bavar-373 və Xordad-15 sistemləri ilə xüsusilə ballistik raketlərə qarşı müdafiə gücünü artırıb. Yerli istehsal imkanları ilə diqqət çəkən İran, regional təhlükəsizlikdə söz sahibi olmağa davam edir.

5. Hindistan İsraillə əməkdaşlıqda hazırlanmış Barak-8 sistemi və yerli HIMAD layihələri sayəsində həm dənizdən, həm də qurudan gələn təhdidlərə qarşı hərtərəfli müdafiə şəbəkəsi qurur.

4. Fransa və İtaliya birlikdə Avropanın müstəqil hava hücumundan müdafiə qabiliyyəti SAMP/T NG sistemi ilə gücləndirilir. Bu sistem Avropanın uzunmüddətli təhdidlərə qarşı ortaq cavabı kimi qiymətləndirilir.

3. Çin HQ-9, HQ-19 və HQ-22 kimi müasir sistemlərlə böyük şəhərləri və strateji bazaları qorumaq üçün sıx hava hücumundan müdafiə şəbəkəsi qurub. S-400 sistemləri də var.

2. Rusiya S-300, S-400 və yeni nəsil S-500 sistemləri ilə hava hücumundan müdafiədə çoxqatlı sədd qurub. Xüsusilə ballistik raketdən müdafiə qabiliyyəti ilə seçilir.

1. ABŞ geniş təsir coğrafiyası və qabaqcıl texnologiya ilə təchiz edilmiş sistemləri ilə zirvədədir. Patriot, THAAD və Aegis sistemləri, eləcə də qabaqcıl radar şəbəkələri və erkən xəbərdarlıq sistemləri ilə hava hücumundan müdafiəni inteqrasiya olunmuş şəkildə idarə edə bilir.