“GlobalProductPrice”in araşdırması 82 ölkə arasında toyuq yumurtasının ən ucuz satıldığı ölkənin Rusiya olduğunu ortaya qoyub.
Hafta.az-ın yazdığına görə, 12 ədəd yumurtanın orta satış qiyməti dünya üzrə 2,93 dollar (5 manat) olduğu halda, Rusiyada bu qiymət 1,34 dollar (2,3 manat) təşkil edir.
Yumurtanın ən baha olduğu ölkə 7 dollarla (12 manat) Yeni Zelandiyadır.
Digər tərəfdən, ekspertlər yumurtanın qiymətinin orta əməkhaqqına nisbəti nəzərə alınarsa, Rusiyanın bu reytinqdə geri qalacağına diqqət çəkirlər.
“Rosstat”ın məlumatına görə, 2023-cü ilin dekabrında Rusiyada yumurtanın qiyməti 18 faiz artıb. Ölkə üzrə 10 ədəd yumurtanın orta qiyməti 116 rublu ötüb.
Bu arada, dünən yeni partiyanın gəlməsi ilə Azərbaycandan Rusiyaya göndərilən yumurtaların sayı 2,1 milyon ədədə çatıb.
Türkiyədən də Rusiyaya daşımaların davam edəcəyi bildirilib.