Ən zəngin rusların tablosu

10:58 02.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ən varlı 200 rusiyalının siyahısı hər il 10 faizdən çox olmayaraq dəyişir.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, son siyahıda yeni adların sayı xeyli azdır. Bununla belə, Ali İqtisadiyyat Məktəbinin araşdırması göstərir ki, siyahıya daxil olan İT mütəxəssislərinin və qadınların sayı artmağa meyllidir.

“Forbes”in açıqladığı siyahılar əsasında aparılan araşdırmalara görə, siyahıya yeni daxil olanların orta göstəricisi 3 faizdir.

Tədqiqatçılar varlı rusları aşağıdakı kimi təqdim edirlər: Əksəriyyət kişi, Moskva və ya Sankt-Peterburqdandırlar, Sankt-Peterburqda yüksək təhsilli bir ailədən çıxıb, var-dövlətini mədən, yanacaq-energetika, maliyyə və ya istehsal sektorlarında qazanıb, 58 yaşı var və sair.

2021-ci ilə olan məlumata görə, rus milyarderlərin orta sərvəti 3,3 milyard dollardır. Siyahıdakı adların yüzdə 64-nün sərvəti 5 milyard dolların altındadır.

10 milyard dollardan çox sərvəti olan iş adamlarının sayı cəmi 14 nəfərdir. 200 nəfərlik siyahıda yer alan qadınların sayı isə 7 nəfərdir.

Nəhayət, “Forbes”in siyahısında yer alan iş adamlarının 69 faizi övladlarını təhsil üçün xaricə göndərir.