Energetika naziri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

17:31 26.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Energetika naziri Pərviz Şahbazov Mingəçevir şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, görüşdə vətəndaşların təbii qaz təchizatı, şəbəkəyə qoşulma, elektrik xətlərinin vəziyyəti, işlə təminat, elektrik avadanlıqlarının istismar vəziyyəti, həmçinin digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Mingəçevirlə yanaşı, Gəncə, Naftalan, Yevlax şəhərləri, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan 17 vətəndaş iştirak edib.