“Enerji istehlakı 2025-ci ildə tamamilə dəyişəcək” – Aramco-nun rəhbəri

09:30 13.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının nin neft nəhəngi “Aramco”nun baş direktoru Emin Nasser bəyan edib ki, 2023-cü il müqaviləsinə əsasən, enerji istehlakı 2025-ci ildə tamamilə dəyişərək tələb və təklifdən asılı olacaq. Nasser bildirib ki, neft tələbatının 2024-cü ildə gündəlik 104 milyon barrelə, 2025-ci ildə isə 105 milyon barrelə çatacağı gözlənilir.

Hafta.az-ın yazdığına görə, Nasser deyib: “Biz qaz, neft və bütün enerji resurslarında hasilatda davamlılıq və artım axtarırıq. Biz enerjiyə qənaətlə bağlı vədlərimizə əməl edirik. Biz daşıma qabiliyyətini və gündəlik hasilatı artırmağa çalışırıq”.

Nasser həmçinin, "Hər sahədə inkişaf edə, digər texniki və gəlirli şirkətlər də dünyaya gətirə bilərik. Biz də gələcəkdə investorlara açıqlanacaq birjada yeni strategiyanı yekunlaşdırıb təsdiqlədik" deyib.