Yazını böyüt
Yazını kiçilt
Ərdəbil Ekspo 2025 Beynəlxalq Sərgisi Prezident Məsud Pezeşkianın tədbirə ünvanladığı mesaj oxunandan sonra Ərdəbil Beynəlxalq Sərgilərinin daimi kompleksində xarici nümayəndə heyətlərinin iştirakı ilə açılıb.
Hafta.az-ın yazdığına görə, Ərdəbil valisi Məsud İmani Yeganə sərginin açılış mərasimində bildirib ki, bu beynəlxalq sərgidə səkkiz ölkənin nümayəndələri iştirak edir. Burada maliyyələşdirmə üsulları və iqtisadi fəaliyyətlə bağlı ixtisaslaşmış mövzular müzakirə olunacaq.
Məsud İmami Yeganə "Expo 2025" sərgisinin Ərdəbil əyalətinin investisiya imkanlarını və ixrac imkanlarını nümayiş etdirdiyini bildirərək əlavə edib: “Sərgidə 28 sənaye müəssisəsi öz məhsullarını və ixrac imkanlarını 100 stenddə təqdim edib”.