Yazını böyüt
Yazını kiçilt
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyəcək.
Hafta.az xəbər verir ki, bu haqda Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında deyib. O, İsrailə səfər proqramını Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda təxirə saldığını bildirib.
Bundan başqa, Türkiyə prezidenti Qəzza zolağında uşaqların öldürülməsini qətiyyətlə pisləyib.