Ərdoğan Zelenski ilə telefon danışığı aparıb

16:41 24.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Ankaranın danışıqlar prosesinə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Hafta.az-ın məlumatına görə, R.T.Ərdoğan zəmanət məsələsinə müsbət münasibətlə yanaşdığını vurğulayıb.

Türkiyə lideri yaralıların və mülki əhalinin Mariupoldan çıxarılmasının təmin edilməsinin vacibliyini də qeyd edib.