Rusiyanın Ukraynaya müdaxiləsi halında Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.
Hafta.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, hazırda Ankara mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmağa ümid edir.
“Biz Rusiya və Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Amma Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək”, - Ərdoğan bildirib.
O əlavə edib ki, Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib.
“Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlarına, xüsusən də Krımın ilhaqına qarşı açıq mövqe tutmuşuq”, - deyə Ərdoğan bildirib.