Ərdoğanın Bağdada səfəri niyə təxirə salınır?

10:20 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq hökumət rəsmiləri bildiriblər ki, prezident Rəcəb Tayyib Ərdoğanın gözlənilən səfəri bir neçə dəfə təxirə salındığı üçün, dəqiq tarix hələ müəyyən edilməyib.

Hafta.az-ın “Şarkul Avsat” istinadən yazdığına görə, mənbələr, iki tərəfin neft, su ixracı və təhlükəsizliklə bağlı fikir ayrılıqlarının həlli ilə bağlı razılığa gələ bilmədiyi üçün səfərin çətin göründüyünü iddia edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ötən ay Bağdadda apardığı danışıqların Ərdoğanın səfərinə zəmin yaradacağı gözlənilirdi. Bununla belə, Fidanın Ərdoğanı Bağdada səfər etməkdən çəkindirəcək təəssüratlarla qayıtdığını bildirən mənbələrə görə, ola bilsin ki, türklər səfərin uğurlu keçməsi üçün lazımi şəraitin hazırda mövcud olmadığını hiss ediblər.

İraq parlamentindəki deputatların sözlərinə görə, Ankaradan gələn dolayı mesajlar göstərir ki, Bağdad və Ərbil hökumətləri arasında büdcə, maaşlar və neft ixracı ilə bağlı artan fikir ayrılığı prezident Ərdoğanın səfəri üçün siyasi mühit yaratmayıb. Bununla belə, yüksək səviyyəli İraq rəsmisi Bağdadın Ərdoğanın İraqı da əhatə edən regional tur təşkil edəcək səfəri üçün hazırlıqların davam etdiyini bildirib.

Digər mənbələr isə İraq Kürd Regional Rəhbərliyinin (İKRG) xam neftinin Ceyhan limanına ixracını dayandıran iddia çərçivəsində Türkiyə ilə neft ixracına dair mübahisənin hələ də həll olunmadığına diqqət çəkib. İraq Kürdüstanı bölgəsindən neft ixracı ilə bağlı uzun illər davam edən fikir ayrılıqlarından sonra mart ayında Türkiyəyə qarşı arbitraj məhkəməsində qalib gəlib.

Neft ixracının bərpası müqabilində Türkiyə hökuməti Bağdaddan Ankaranı 2,6 milyard dollar dəyərində təxmin olunan təzminatdan azad etməyi tələb edib.

Ankara da Bağdada qarşı iddia qaldıraraq 900 milyon dollardan çox təzminat tələb edib.

İraqlı mənbələr bu məsələnin çox mürəkkəb olduğunu və Fidanın Bağdada səfərindən sonra hər iki tərəfin problemi asanlıqla həll edə bilməyəcəyini bildirib. Bununla belə, daxili məlumatlara görə, Bağdad büdcə maliyyə öhdəlikləri səbəbindən neft ixracını dayandırmağa davam etmək iqtidarında deyil. Buna görə də, İraq Kürdüstanı rəhbərliyi neftinin ixracına yenidən başlamaq üçün Türkiyə ilə ortaq formul tapmağa çalışır.

Ancaq mənbələr hazırda siyasi və texniki çətinliklərə görə formulun olmadığını və Ərdoğanın səfərinin tarixinin bu problemin həllinə nail olunması ilə sıx bağlı olduğunu bildirir.

Kürd mediası şənbə günü səhər saatlarında Kürdüstan bölgəsindəki türk hərbi bazalarına PUA-larla hava zərbələri endirildiyini iddia edib.

“Shafaq News”da yer alan xəbərdə Türkiyənin bölgədəki 4 hərbi bazasını hədəf alan hücumlar nəticəsində bazalara ziyan dəydiyini, insan itkisi ilə bağlı məlumat olmadığı bildirilib.