Ərdoğanın müavini koronavirusa yoluxdu

23:18 19.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Özhaseki koronavirusa yoluxub.

O, bu barədə özünün tvitter hesabında yazıb.  

 “COVİD-19 testimin nəticəsi pozitiv çıxdı. Həmd olsun, hazırda vəziyyətim yaxşıdır və həkimlərin tövsiyəsi ilə müalicəm evdə davam edir. Xeyir-dualarınızı əskik etməyin. Təmasda olduğum dostlarımın diqqətli olmasını xüsusən rica edirəm", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğandır.