Erməni boksçu Moskvada qadını döydü - DETALLAR

16:15 03.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskva polisi milliyyətcə erməni olan boksçu Arutyun Avetisyan tərəfindən qadının bıçaqla təhdid edilməsi və döyülməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Hafta.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr xəbər veriblər. Mənbənin məlumatına görə, qadın polisə müraciət edərək deyib ki, Şelepixin şossesindəki ünvanda Avetisyan tərəfindən bıçaqla təhdid edilib, daha sonra isə fiziki şiddətə məruz  qalaraq döyülüb. 

Bundan əvvəl isə, Rusiya Boks Federasiyası da qadının boksçu tərəfindən döyülməsi iddiasını araşdırmağa başlayıb. Lakin boksçunun kimliyi açıqlanmırdı.