Erməni təxribatı nəticəsində evlərə dəymiş ziyanın müəyyənləşdirilməsi sürətləndirilib - Nazir

10:00 16.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq”.

Hafta.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar naziri, general–polkovnik Kəmaləddin Heydərovun "Azərbaycan" qəzetindəki məqaləsində bildirilib.

O bildirib ki¸ ümummilli Lider Heydər Əliyevin işıqlı ideyaları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılmış Fövqəladə Hallar Nazirliyi artıq 15 ildir, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət başçısının verdiyi tapşırıqları şərəflə və yorulmadan icra edir:

 “Yola salınan illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif edilməsi fəaliyyətinin hər bir anında ali dövlət qayğısı ilə əhatə olunmuş şəxsi heyəti əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan etibarlı qorunması üçün daha ciddi səy göstərməyə səfərbər edib “.