Ermənistan bir daha işlənmiş silah almayacaq, ancaq yeni - Köçəryan

17:42 15.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan bir daha heç vaxt işlənmiş silahlar almayacaq,  yalnız yeni silahlara sahib olacaq. Bunu Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi komissiyada büdcə müzakirələrinin qapalı hissəsində Müdafiə Nazirliyinin xərcləri ətraflı müzakirə olunub. Bundan əlavə, İrəvanın müstəsna olaraq yeni müdafiə silahları alacağı konsepsiya təqdim edilib.

Qeyd edək ki, son bir-iki il ərzində Hindistan mənbələri İrəvanla Yeni Dehli arasında iri hərbi-texniki sövdələşmələrdən dəfələrlə yazıblar. Xüsusilə Ermənistan çoxsaylı reaktiv yaylım atəşi sistemləri, müxtəlif artilleriya qurğuları və zenit-raket kompleksləri alıb. Erməni tərəfi müdafiə sazişləri ilə bağlı nəşrləri rəsmən təsdiqləməyib.