Ermənistan kapitulyasiya aktına imza atsa da, yenə də silahlanır - Hikmət Məmmədov

14:30 14.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Biz tariximizdə ilk dəfədir ki, ərazimizin hər qarışı üçün xərclənəcək büdcəni müzakirə edirik. Düz 100 il əvvəl Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmaqla Azərbaycan ərazisində etnik separatçılıq üçün bir mənbə yaradıldı və onun maliyyələşdirilməsi də Azərbaycan büdcəsi hesabına oldu. Tarixin mübahisəli kontekstində büdcənin bugünkü  müzakirəsinə diqqət etdikdə görəcəyik ki, artıq Qarabağda, Xankəndində xərclənən pullar məhz Azərbaycan dövlətinin iqtisadi, mədəni inkişafına gətirib çıxaracaqdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında 2024-cü il dövlət büdcəsinin müzakirəsində deputat Hikmət Məmmədov bildirib.

Deputat təhlükəsizlik komitəsinin sədri kimi gələn ilin büdcəsində təhlükəsizlik xərclərinin ötən illə müqayisədə artımına sevindiyini qeyd edib.

“Ermənistan kapitulyasiya aktına imza atsa da, yenə də silahlanır. Bu günlərdə Fransadan, Hindistandan müxtəlif müdafiə və hücum silahlarının Ermənistana ötürüldüyünüyn şahidi oluruq. Ona görə də büdcəmizdə nəzərdə tutulan bu artım hər bir Azərbaycan vətəndaşını təlükəsizliyi baxımdan əhəmiyyətlidir, təqdir edilməlidir”.

Deputat digər bir tərəfdən sosial xərclərin təxminən 20 faiz artmasına diqqət çəkib. O, müdafiə və təhlükəsziliklə bağlı sevindirici fikirləri sosail məsələlərlə bağlı deyə bilməyəcəyini bildirib.

H.Məmmədov bildirib ki, bəzən sosial dövlət fəlsəfəsini yanlış anlayır və bu da cəmiyyətdə yanlış asossasiya olunur. Onun fikrincə, bəziləri elə düşünür ki, heç kəs işləməyəcək, dövlət də onun xərclərini ödəyəcək.

“Bu fikiri dəyişmək üçün iş yerləri açılmalıdır. Iqtisadi münasibətlərimizə yeni keyfiyyət dəyişiklikləri eləməliyik ki, dövlətdən sosial yardım uman vətəndaşların sayı azalsın. Bunun yolları var: Vergi, bank xidmətləri ilə bağlı diferensiallaşdırılma aparılmalıdır.  Bunun üçün Bakıdan uzaqalaşdıqca baş vergi faizlərini azaltmaq olar. Eyni zamanda da bütün vergi ödəyicilərinə güzəştlər tətbiq etmək olar.

Deputat büdcədə elm və təhsilə ayrılan xərcləri xüsusilə vacib hesab edib. O, “elmin inkişafı gələcəyin təminatıdır” fikrini Prezidentin Xankəndində etdiyi çıxışda dediyi “-Bizi torpaqlarımıza qaytaran tarixi yaddaşımız olub” sözlərin üzərində tamamlayıb.

“Qərbi Azərbaycana qayıdışın aktuallaşdığı bir vaxtda tariximizim öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Tariximizi orginal mənbələrdən oxuya bilən mütəxəssislər yetişməlidir”.

Deputat Heredotun tarix kitabında, istərsə də digər mənbələrdə Azərbaycanla bağlı faktların tərcümədə çıxarıldığını  bildirib və qeyd edib ki, biz mütəxəssislər yetişdirib, tariximizi orginal mənbələrdən öyrənməliyik.

“Azərbaycanda yaradılan  xiristian mirası bizim xiristian qıpçaq əcdadalarımızın mirasıdır. O tarixi öyrənməmişik. Qədim yazıları oxuyan mütəxəssislər yoxdur. Prezident elmə pullar ayrır və bu öz istiqaməti üzrə xərclənməlidir. Düzdür, təhsilin inkişafı, islahatların aparılması üçün böyük işlər görülür. Amma dil bilmək Azərbaycanda saavadlılğın göstəricisinə çevrilib. Azərbaycan xalqının milli psixologiyası milli mentalitetimizin, mədəniyyətimizizn komponentidir. Milli aristoqkatiya tək dili bilməklə yetişə bilməz və bu gələcəkdə nəzərə alınmalıdır”.