Ermənistan Müdafiə Nazirliyinin poliqonunda PARTLAYIŞ

12:58 09.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Müdafiə Nazirliyinin (MN) poliqonlarından birində baş verən partlayış nəticəsində səkkiz hərbçi yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, xəsarət alanlar təlim iştirakçıları, eləcə də onlarla birgə təlim keçirmiş polkovnik-leytenantdır. Onların həyatları üçün heç bir təhlükə yoxdur.

Məlumata görə, yaralılar hərbi hospitalın həkimlərinin nəzarəti altındadırlar və onlara müvafiq tibbi yardım göstərilir.

Daha əvvəl Ermənistan MN məlumat vermişdi ki, iyulun 8-də saat 16 radələrində nazirliyin poliqonlarından birində keçirilən təlimlər zamanı ilkin məlumata görə, minaatanlardan açılan atəş zamanı partlayış baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.