Ermənistan növbəti itkilərini açıqladı

12:20 09.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Müdafiə Nazirliyi uzun fasilədən sonra Qarabağa ölən hərbçilərinin yeni siyahısını dərc edib.

Hafta.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, siyahıda 44 hərbçinin adı və soyadı var.

Ümumilikdə, Ermənistan tərəfi 1221 hərbi qulluqçusunun ölümü rəsmən təsdiqləyib.

Xatırladaq ki, nüfuzlu hərbi mənbələr Ermənistan ordusunun Qarabağda ən azı 5 mindən çox hərbi qulluqçusunu itirdiyini və rəsmi Yerevanın bunu xalqdan gizlətdiyini yazır.