Ermənistan silahlı qüvvələrinə məxsus zərbə PUA-sı ələ keçirilib -VİDEO

19:43 02.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.