Ermənistan xüsusi təyinatlıları Yunanıstan və Kiprlə növbəti birgə təlim keçirdi

15:13 13.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 6-dan 10-dək Attikanın Nea Peramos bölgəsində Yunanıstan, Kipr və Ermənistanın xüsusi təyinatlıları və xüsusi əməliyyat qüvvələri arasında üçtərəfli birgə təlim keçirilib.

Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bu haqda Yunanıstanın Milli Müdafiə Baş Qərargahı bildirib.

“2023-cü il noyabrın 6-dan 10-dək beynəlxalq əməkdaşlığın planlaşdırılması çərçivəsində Silahlı Qüvvələr Attika əyalətinin Nea Peramos geniş ərazisində keçirilən xüsusi təyinatlıların - Yunanıstan, Kipr və Ermənistanın xüsusi əməliyyat qüvvələrinin üçtərəfli birgə təlimində iştirak edib”,- məlumatda belə ​​deyilir.

Birgə təlim Yunanıstan, Kipr və Ermənistan arasında 2023-cü il üçün Birgə Fəaliyyət Planının bir hissəsidir.