Yazını böyüt
Yazını kiçilt
Görünür, Sünik (Zəngəzur) bölgəsində dəhliz açmaq mövzusu bağlanmayıb. Məsələ burasındadır ki, bütün geosiyasi mərkəzlər bu dəhlizdən danışmağa davam edir.
Hafta.az bildirir ki, bu barədə “Joxovurd” qəzeti yazır:
“Deməli, Türkiyə və Azərbaycan hər dəfə bəyan edirlər ki, bu dəhliz açıq olmalıdır. Görünən odur ki, dünyada Ermənistanın bu dəhlizi Azərbaycana verməsi ilə bağlı konsensus var, amma onun hansı sənəd əsasında və hansı statusda olması ilə bağlı konsensus yoxdur.
İndiyədək Nikol Paşinyan yol verəcəyini inkar etmir, amma dəhliz formalaşdırmaqdan yayınır. Bu baxımdan oktyabrın sonunda Brüsseldə keçiriləcək görüş həlledici əhəmiyyət kəsb edir və dəhliz-yolunun hansı sənəd əsasında veriləcəyi də məhz orada həll olunacaq”.