Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib

10:14 11.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasına məxsus “İl-76” hərbi nəqliyyat təyyarələri artıq 400-dən çox rus sülhməramlısını Ermənistana çatdırıb, heyət təyyarəni boşaldıb və xidmət sahəsinə getmələri üçün konvoylar yaradıblar.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

“Hazırda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı zabitləri və 15-ci sülhməramlı briqada bölmələrinin hərbçiləri olan 20 “İl-76” hərbi nəqliyyat təyyarəsi Ermənistan Respublikasına enib. Hərbi nəqliyyat təyyarələri 400-dən çox hərbi qulluqçu, zirehli nəqliyyat vasitəsi, zirehli texnika və rabitə vasitələrini çatdırıb”, - məlumatda belə deyilir.