Ermənistanda COVID-19-a yoluxanların sayı 337 mini ötüb

12:39 26.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 675 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 337 005 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 40 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 7459 nəfərə yüksəlib.

Oxunma sayı 53