Ermənistanda koronavirusa yoluxanların sayı 52 mini keçib

15:06 05.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 52 496 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 181 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 7 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 984 nəfər koronavirusdan ölüb, 6 681 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.