Yazını böyüt
Yazını kiçilt
Ermənistanda koronavirusa yoluxanların sayı 49 574 nəfərə çatıb.
Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 174 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 957 nəfər koronavirusdan ölüb, 4 657 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.