Yazını böyüt
Yazını kiçilt
Ermənistanda koronavirusa yoluxanların sayı 54 473 nəfərə çatıb.
Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 718 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 9 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 1 004 nəfər koronavirusdan ölüb, 7 855 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.