Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 29-da Ermənistanın Kotayk vilayətində külli miqdarda oğurluq hadisəsi olub.
Hafta.az xəbər verir ki, bu haqda Tert.am məlumat yayıb.
Həmin gün Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin operativ idarəetmə mərkəzinə İrəvan sakini, 41 yaşlı Hambarsum H. tərəfindən xəbərdarlıq edilib və o, külli miqdarda oğurluq edildiyi barədə məlumat verib.
Məlum olub ki, oğrular Razdan şəhərinin Kakavadzor rayonunda yerləşən “Lernai Harstyun” (“Dağ sərvəti”) MMC-yə məxsus qızıl sexinə daxil olublar. Sexdən müxtəlif ölçülü və tutumlu 44 ədəd elektron cihaz, mühərriklər, 4 ədəd elektrik paneli və qızıl xammalı oğurlanıb.
Faktla bağlı Kotayk regional istintaq şöbəsində cinayət işi başlanıb.