Ermənistanın son əsgərinin QARABAĞDAN ÇIXACAĞI VAXT AÇIQLANDI

19:59 26.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin iyun-iyul aylarında hərbi xidmətdə olan sonuncu Ermənistan vətəndaşı Qarabağı tərk edəcək.

Hafta.az xəbər verir ki, bunu yanvarın 26-da jurnalistlərlə görüşündə “Mənim şərəfim var” blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyan bildirib.

O iddia edib ki, "Qarabağ Ermənistanın təhlükəsizliyinin, o cümlədən fiziki təhlükəsizliyinin təminatçısıdır".

“Valideynlər nə düşünür, övladlarının harada xidmət etməsi daha təhlükəsizdir: Serj Sarkisyan Ermənistan prezidenti olan Qarabağda, yoxsa Paşinyanın dövründə Sünik və Qeqarkunikdə?”, - deyə Mamicanyan soruşub.

Oxunma sayı 2036
Siyasət rubrikasından digər xəbərlər