Ermənistanla sərhədlərin müəyyənləşməsi prosesi çox vaxt aparacaq... - SƏBƏB

15:35 24.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası ilə bağlı komissiya üzvlərinin tərkibini təsdiqləyib.  Ekspertlər bunu Brüssel görüşünün nəticəsi olaraq ilkin addımın atılması kimi dəyərləndirir.

Siyasi şərhçi Mətin Məmmədli hafta.az-a bildirib ki, sərhədlərin delimitasiyası, demarkasiyası üzrə komissiyanın təşkil edilməsi ilə bağlı hələ aprel ayının 6-da Brüsseldə keçirilən görüşdə razılaşma əldə olunub. Lakin aprelin sonlarına qədər həmin görüş baş tutmadı və bunun da əsas səbəbi Ermənistan hakimiyyətinin qeyri-müəyyən mövqe sərgiləyib hər dəfə müxtəlif bəhanələrlə görüşdən qaçmaq üçün etdiyi gedişlərdir. M.Məmmədli hesab edir ki, sonuncu görüşdə artıq komissiyanın tərkibinin müəyyənləşdirilməsi ilə bağlı prinsipial razılaşma əldə olunub və bu görüşdən qısa müddət sonra tərəflər komissiyanın tərkibini müəyyən edən sərəncamlar imzaladılar.  

Onun fikrincə, belə bir komissiyanın yaradılması iki ölkə arasında sərhədlərin müəyyənləşməsi prosesində irəliyə doğru bir addım kimi dəyərləndirilməlidir.

Politoloq eyni zamanda bildirib ki, sərhədlərin müəyyənləşməsi prosesinin qısa müddət ərzində başa çatmasına ümidlənməli deyilik.

“Bu uzun, olduqca mürəkkəb bir prosesdir. Sərhədlərin müəyyənləşməsi, aylarla, illərlə çəkə bilər. Ermənistanın mövqeyinə gəldikdə isə, hazırda Ermənistanda daxili siyasi-vəziyyət olduqca gərgindir.  Həm daxili siyasi vəziyyətin mürəkkəbliyi, eyni zamanda  Ermənistana ciddi kənar təsirlərin mövcudluğu  bu dövlətin növbəti dəfə mövqeyində müəyyən dəyişikliklərin baş verməsinə səbəb ola bilər”.

Oxunma sayı 302