Ölkə prezidenti Bəşər Əsədin Suriyadan qaçması və hakimiyyətin üsyançılara keçməsindən sonra türk tikinti şirkətlərinin səhmləri kəskin artmağa başlayıb. Bu barədə Bloomberg birja məlumatlarına istinadən yazır.
Beləliklə, Cimsa Cemento, Limak Doğu Anadolu Cimento və Oyak Cimento sement istehsalçılarının kapitallaşması təxminən on faiz artıb. Armatur istehsalçısı İskenderun Dəmirin qiyməti eyni məbləğdə, ölkənin ən böyük inşaat şirkəti Enka İnşaatın səhmlərinin qiyməti isə beş faiz artıb.
On ildən çox davam edən vətəndaş müharibəsindən sonra Suriya çoxlu sayda infrastruktur və yaşayış binalarının yenidən qurulması zərurəti ilə üzləşib. 2022-ci ildə Dünya Bankı zərəri 11,4 milyard dollar qiymətləndirib.
Üsyançı qruplar uzun müddət Türkiyə ordusunun nəzarətində olan ərazilərdə olduğundan bu işə türk şirkətlərinin cəlb edilməsi məntiqli görünür.