Əsgəranda Dövlət Bayrağı ucaldılıb

22:00 15.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Hafta.az xəbər verir ki, sonra dövlətimizin başçısı qəsəbə ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.