Eskalatorun qırılmasında xəsarət alanların VƏZİYYƏTİ

13:40 05.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 4-də İncəsənət Gimnaziyası yaxınlığındakı yeraltı keçiddə eskalatorun qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən (KTM) Hafta.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib:

“Pasiyentlərə dərhal zəruri tibbi yardım göstərilib, onlara başın açıq yarası, sol ayağın sınığı və diz oynağının əzilməsi diaqnozları təyin edilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.