“EuroHome”dakı yanğınla bağlı zərərçəkənlərə kompensasiya ödəniləcəkmi? - Rəsmi açıqlama

11:33 25.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“EuroHome” ticarət mərkəzində baş verən yanğınla bağlı zərərçəkən sahibkarlara kompensasiya ödənilməsi ilə bağlı müzakirələr hələ də davam edir.

"Bu məsələni sahibkarın özü tənzimləyəcək. İcra Hakimiyyəti və dövlət tərəfindən kompensasiyanın ödənilməsi nəzərdə tutulmur".

Bunu hafta.az-a Binəqədi İcra Hakimiyyətinin ictimai siyasi və hümanitar məsələlər şobəsinin baş məsləhətçisi Kənan Kərimov “EuroHome”də baş verən yanğından sonra zərərçəkənlərə kompensasiyanın verilib-verilməyəcəyinə dair sualımıza münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, icra hakimiyyəti tərəfindən konpensasiya ödənilməsi nəzərdə tutulmur:

“Prezident çıxışında da bildirdi ki, bu, sahibkarın öz məsuliyyətsizliyidir. “EuroHome”nin rəhbərliyi ilə zərərçəkənlər arasında görüş keçirilib. Hansı şərtlərlə kompensasiya veriləcəyi müzakirə olunub. Hazırda bu məsələ ilə bağlı icra hakimiyyətinə rəsmi məlumat daxil olmayıb. Olduqda məlumat verəcəyik ki, sahibklarla, zərərçəkənlər arasında hansı razılaşma olub”.