Evdar xanımları sevindirəcək TƏKLİF – PENSİYA...

11:08 17.04.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda çoxuşaqlı ailə anlayışının müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılır.

Bunu hafta.az-a sosioloq Üzeyir Şəfiyev deyib:

“Hazırda bu anlayış - 5 və ya daha artıq uşağı olan ailələri əhatə edir. Lakin təklif olunur ki, bu hədd 3 uşağa endirilsin. Bu fikri müsbət qarşılayıram. Artıq Azərbaycanda ailə modeli ilə bağlı insanların baxışları dəyişib. Ailələr əsasən 1-2, ən yaxşı halda 3 uşaq sahibi olmağa üstünlük verirlər. Statistik baxımdan ölkədə ən geniş yayılmış ailə tipi 2 uşaqlı ailələrdir”.

Onun sözlərinə görə, çoxuşaqlı ailə anlayışı 3 uşağa endirilsə, statistik göstəricilərdə 3 uşaqlı ailələrin sayı artacaq: “Mən təklif edərdim ki, çoxuşaqlı analarla yanaşı, evdar qadınların uşağa baxdıqları illər əmək stajına daxil edilsin və bu yolla onların pensiya hüququ təmin olunsun”.