Evdən telefon oğurlayan şəxs narkotiklə tutuldu

14:12 28.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən telefon oğurlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə fevralın 10-da Əmircan qəsəbəsində bir evdən ğmobil telefon oğurlamaqda şübhəli bilinən Ramin Fərzəliyev saxlanılıb.

Ondan 1 kiloqram 85 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 73