Şəxsi video və səs yazılarının evlərdə kameraları olan robot tozsoranlardan əldə edilə biləcəyinin kəşfi ağıllı cihazlarla bağlı təhlükəsizlik narahatlıqlarını artırıb. ABŞ-ın Merilend Universitetindən bir qrup tədqiqatçı robot vakuumların evdə səsləri yazmaq üçün istifadə oluna biləcəyini açıqlayıb. Evdəki kameralarla mobil telefonlar və kompüterlərdən media məlumatlarını qeyd etmək imkanı kibertəhlükəsizlik riskləri yaradıb.
“Ağıllı soyuducu, televizor agent kimidir”
“Etik haker” Tamer Şahinin sözlərinə görə, çox sayda izləyici var: “Əlinizdəki telefon siz hərəkət edərkən sensorları ilə bir çox məlumatları qeyd edir. İnternetə baxdığınız zaman o, siyasi baxışlarınıza görə profillənir. Bu, artıq məişət texnikalarına qədər düşüb, onlar indi ağıllı kompüterlərdir. Telefonunuzda açıq qoysanız, əmr verib-vermədiyinizdən asılı olmayaraq dinləyir və bundan reklam məqsədi ilə istifadə edilir. Bunu məişət texnikasına qoşduqda, smart soyuducu və smart televizor kimi cihazlar üzərindəki sensorlar vasitəsilə kommersiya məqsədləri üçün çoxlu məlumat toplaya və emal edə bilər. Ağıllı tozsoran istifadə edirsinizsə, o, evin xəritəsini verəcəkdir. Evin quruluşunu öyrənəcək”.
“Məlumat toplayırlar və satırlar”
Tamer Şahin robot tozsoranların kompüter kimi işlədiyini söyləyir: “Onların üzərində çoxlu sensorlar var. Gündəlik həyatda xəritəçəkmə kimi bir çox fərqli funksiya ilə məlumat toplaya bilərlər. Telefonlarda olduğu kimi, onlar da istehlakçı mühitində pul qazana bilən bəzi dəyərləri gizlədir və onları istehsalçılara ötürürlər. Bu robotları istehsal edən şirkətlərin əksəriyyəti Uzaq Şərqdəndir. Bəziləri Amerika və ya Avropadakı kimi məxfilik standartlarına əməl etmir. İnformasiyanı götürüb toplayır və bütün dünyaya satırlar. Şirkətlərin zövqünə görə çox fərqli tətbiqlər ola bilər. Məsələn, Amerikada “üzük” deyə bir şey var idi. Amazonda qapı zəngləri var. Məlum oldu ki, Amazon mühəndisləri “O'ring” tərəfindən toplanan görüntüləri istədikləri kimi izləyə bilirdilər".
Mərmərə Universitetinin dosenti Əli Murat Kırık qeyd edib ki, ağıllı cihazlarla əldə edilən səs və görüntülər həm reklam məqsədi ilə istifadə oluna bilər, həm də kiber hücumçuların təhdid və şantaj yolu ilə pul sızdırmasına səbəb ola bilər. İstifadəsi artan robot tozsoranlara casus proqramların yerləşdirilə biləcəyini ifadə edən Kırık, zəmanəti olmayan məhsullarda daha çox təhlükəsizlik boşluqlarının ola biləcəyini ifadə edərək xəbərdarlıq edir:
Etibarsız mənbələrdən olan cihazlar casus proqramlara və digər zərərli proqramlara qarşı həssas ola bilər. Bu cür cihazlarda casus proqramların yerləşdirilməsi istifadəçilər üçün təhlükə yarada bilər. Robot tozsoranları və digər ağıllı cihazları alarkən etibarlı markaları seçmək və məhsulların təhlükəsizlik standartlarını və yeniləmələrini yoxlamaq vacibdir. Etibarlı istehsalçılar müntəzəm təhlükəsizlik yeniləmələri təqdim edir və cihazlarını təhlükəsiz saxlamağa çalışırlar. Bu cihazlardan insanların şəxsi səslərini və şəkillərini icazəsiz yazmağın mümkün olduğu üzə çıxanda istehsalçı şirkət proqram təminatı şirkətini günahlandırıb. Robot vakuumun evin xəritəsini çəkərkən ətrafdakı səsi və təsviri qeyd etdiyi iddiaları sübuta yetirilib.
Nələrə diqqət edilməlidir?
Ali Murat robot tozsoran alarkən nələrə diqqət edilməli olduğunu açıqlayıb:
1. İstehsalçılar məhsullarında güclü təhlükəsizlik tədbirləri və şifrələmə istifadə edərək məlumat təhlükəsizliyini təmin etməlidirlər.
2. İstifadəçilər istehsalçıların təhlükəsizlik yeniləmələrini mütəmadi olaraq izləməli və cihazlarını ən son proqram versiyasına yeniləməlidirlər.
3. İstifadəçilər proqram və cihazların hansı icazələrə malik olduğunu diqqətlə yoxlamalı və lazımsız icazələri söndürməlidirlər.
4. Ev internet şəbəkəsi təhlükəsiz və şifrələmə ilə qorunmalıdır.
5. Cihazın fiziki girişi məhdudlaşdırılmalı və icazəsiz şəxslərin cihaza müdaxiləsinin qarşısı alınmalıdır.
6. Robot tozsoran alarkən etibarlı və tanınmış istehsalçılara üstünlük verilməlidir.
Ləman Əliyeva