“Əvvəlki dörd ildə iki inqilaba cəhddən keçdik” - İrakli Kobaxidze

12:50 28.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Əvvəlki dörd il çətinliklər və çağırışlarla dolu dörd idi. Bu dörd il ərzində biz iki inqilab cəhdindən - iqtisadiyyatımızı çökdürmək və ölkəmizi müharibəyə sürükləmək cəhdindən keçdik. Lakin biz birliyimizlə bacardıq və bütün çağırışların öhdəsindən gəldik, sülhü qoruduq və bu dörd il ərzində ölkənin iqtisadiyyatını 40 milyard lari artırdıq”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın baş naziri postuna namizəd İrakli Kobaxidze parlamentdə çıxışı zamanı bildirib.

Kobaxidzenin qeyd etdiyi kimi, bütün bunlar komandanın birliyinin və gücünün nəticəsi idi.

“Fürsətdən istifadə edərək, bu birliyə, birgə mübarizəyə görə hər birinizə təşəkkürümü bildirmək istəyirəm. Ölkəmizin ötən dörd il ərzində əldə etdiyi nailiyyətlər məhz bu mübarizənin nəticəsidir. Bu gün Gürcüstan suverendir və heç vaxt olmadığı kimi güclüdür. Bu, sizin hər birinizin sayəsindədir. Əlbətdə, biz ölkəmizin inkişafının qayğısına qalmalıyıq. Ölkəmizdəki bəzi insanlar iddia edirlər ki, məsələn, biz qeyri-hökumət təşkilatlarının şəffaflığı haqqında qanun qəbul etsək, səhəri gün Çelyabinskdə oyanacağıq. Bu qanunu qəbul etsək Gürcüstanda itə “sabaka” deyiləcəyini iddia edənlər var və bu istiqamətdə Avropa İttifaqı ilə danışıqlar açılsa, sabah Tbilisidə, Gürcüstanda deyil, Brüsseldə oyanacağımızı və itə “it” “doq” və ya başqa cür deyiləcəyini zənn edənlər var. Nə olursa olsun, sizi əmin edirəm ki, biz mütləq bu ölkədə yaşayacağıq. Biz bu ölkənin qayğısına qalacağıq, bu ölkədə itə it, insana insan, bu ölkəyə ölkə və dövlətə dövlət deyiləcək. Bu bizim Gürcüstan qarşısında məsuliyyətimizdir”, - İrakli Kobaxidze bildirib.