FİFA Zelenskiyə "yox" dedi

18:22 16.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi FİFA-dan dekabrın 18-də keçiriləcək 2022-ci il futbol üzrə dünya çempionatının Argentina - Fransa final matçının azarkeşləri ilə videobağlantı vasitəsilə danışmağı xahiş edib.

Bu çıxış zamanı Zelenski insanlara dünya sülhü mesajı ilə müraciət etməli idi. Bunun canlı və ya qeydə alınmalı olduğu bilinmir. CNN-in məlumatına görə, Prezident Aparatında sürprizə səbəb olan bu tələb FİFA tərəfindən rədd edilib.

"Biz FİFA-nın öz platformasından daha böyük fayda üçün istifadə etmək istədiyini düşündük" deyib mənbə CNN-ə.

Bununla belə, Ukrayna ilə FİFA arasında danışıqlar davam edir. CNN şərh üçün FİFA ilə əlaqə saxlasa da, hələ ki, cavab almayıb. Bundan əvvəl FİFA prezidenti İnfantino 2022-ci il dünya çempionatı zamanı Ukraynada müharibəyə son qoymağı təklif etmişdi.