Yazını böyüt
Yazını kiçilt
Zərdab rayonunda faciəvi hadisə baş verib.
Hafta.az xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 3 yaşlı Əsma Kərimli atasının idarə etdiyi otbağlayan texnikanın altında qalaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin dəqiq başvermə şəraiti və ölümün səbəbi aparılan araşdırmalardan sonra müəyyənləşdiriləcək.