Fazil Məmmədov vəfat etdi

09:05 04.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib.

Hafta.az-ın məlumatına görə, F.Məmmədov Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.