Fəaliyyət göstərməyən məktəb binasında yanğın olub

20:06 03.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildiir ki, Yevlax şəhərində ümumi sahəsi 500 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının iki sinif otağının yanar konstruksiyaları 60 m² sahədə və çardağının yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.