Yazını böyüt
Yazını kiçilt
Fələstin Dövlətinin ölkəmizdəki səfiri Dr. Əhməd Metani Qurban bayramı münasibəti Azərbaycan xalqını təbrik edib.
Hafta.az yazır ki, səfirin bayram bəbrikində deyilir:
"Müqəddəs Qurban bayramı münasibətilə qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. İnanıram ki, bu müqəddəs bayram hər kəsə xeyir, sülh və rifah, həmçinin özü ilə daha böyük təhlükəsizlik, sabitlik və tərəqqi gətirəcək.
Bu müqəddəs günün sevincini sizinlə bölüşərkən, Fələstin və Azərbaycan xalqlarını birləşdirən dərin dostluq və qarşılıqlı hörmət bağlarına dəyər verir, səxavətli Azərbaycan xalqına davamlı rifah və firavanlıq arzulayıram.
Qurban bayramınız mübarək!".