Fərid Qayıbov “Heydər zirvəsi”nə qalxdı -FOTO

10:52 06.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclər və idman naziri Fərid Qayıbov Şahdağ Milli Parkına daxil olan “Heydər zirvəsi”nə (3751 metr) qalxıb.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, onu Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı müşayiət edib.

 

Yürüş Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə baş tutub.