Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

13:16 29.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yenidən quruma rəhbər seçilib.

Hafta.az xəbər verir ki, bu gün keçirilən səsvermənin nəticələrinə əsasən Fərid Qayıbov prezidentlik səlahiyyətlərini davam etdirəcək.

Qeyd edək ki, o, Avropa Gimnastikasına 2017-ci ildən rəhbərlik edir.