Final oyununa 7 mindən çox bilet satılıb

12:56 12.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan Kubokunun final oyununa satılmış biletlərin sayı açıqlanıb.

Hafta.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, satışa çıxarılmış 8131 biletin 7000-dən çoxu azarkeşlər tərəfindən alınıb.

Hazırda satışda təqribən 1000-ə yaxın biletin qaldığı vurğulanıb.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.