Finlandiya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

16:27 27.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Hafta.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

 

Ölkənizin milli bayramı - müstəqilliyinizin 104-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".