Finlandiya Türkiyəyə silah satışına qoyulan embarqonu ləğv edə bilər

14:15 13.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Finlandiya Türkiyəyə 2019-cu ildə Suriyada hərbi əməliyyatların başlamasından sonra tətbiq edilən silah və hərbi texnikanın satışına qoyulan embarqonu ləğv edə bilər. Euractiv xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaykkönen bildirib.

Nazirin sözlərinə görə, bu, Finlandiyanın NATO-ya daxil olmaq istəyi ilə bağlıdır - bunun üçün Türkiyənin razılığı lazımdır, o, embarqoya görə ölkənin alyansa daxil olmasını təsdiqləməyib.

Nəşr xatırladır ki, Kaykkönen ötən həftə Türkiyəyə səfər edib və bundan sonra o, iki ölkənin “problemin həllində geri çəkilmədiyi” barədə “ehtiyatlı nikbinlik” ifadə edib. 2018-ci ildə embarqodan əvvəl Finlandiyadan Türkiyəyə silah ixracı təxminən 17 milyon avro təşkil edirdi.