Yazını böyüt
Yazını kiçilt
Fransanın Ermənistana son aylar təyin olunmuş səfiri Olivye Dekottini Avropa İttifaqının Cermukdakı missiyası ilə Azərbaycanla sərhədə baxış keçirib.
Hafta.az xəbər verir ki, bu haqda Tert.am məlumat yayıb.
“Mən Ermənistan ərazisinin işğalı davam edən bütün hissələrinin Azərbaycan tərəfindən israrlı şəkildə işğalını qeydə almışam”,- deyə Fransa səfiri “X” səhifəsində yazıb.
Xatırladaq ki, 2023-cü ilin iyul ayından Ermənistana səfir təyin olunan bu fransız diplomat sosial şəbəkədəki fon şəklinə Ağrı dağının fotosunu yerləşdirməklə Ermənistanın Türkiyəyə ərazi iddiasına dəstəyini ifadə etmişdi.