Yazını böyüt
Yazını kiçilt
İki mindən çox heyvandan qan nümunələrini tədqiq edən bioloqların araşdırması göstərib ki, Fransada yaşayan hər on pişikdən biri pandemiyanın ilk iki ilində koronavirus infeksiyasına yoluxub. BioRxiv elektron kitabxanasındakı məqaləyə görə, bu, pişiklərin COVID-19-a qarşı yüksək həssaslığını bir daha təsdiqləyib.
Koronavirus SARS-CoV-2 təkcə insanların deyil, bir çox digər məməlilərin də orqanizminə daxil ola bilər.
Montpellier Universitetinin (Fransa) tədqiqatçısı Erik Leroyun rəhbərlik etdiyi bir qrup bioloq koronavirusun ən çox yayılmış ev heyvanları - pişik və itlər arasında yayılması ilə bağlı ən böyük tədqiqatlardan birini həyata keçirib.