FTB: ABŞ-da çox sayda rus casus var

11:05 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerika Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey Rusiyadan gələn “adi əks-kəşfiyyat təhlükəsinin” ciddi olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ABŞ-da çox sayda rus casus fəaliyyət göstərir.

Hafta.az-ın “The Hill”ə istinadən yazdığına görə, Vaşinqtondakı Casus Muzeyində çıxış edən Rey “Rusiya kəşfiyyatçıların ABŞ-da varlığı hələ də çox yüksəkdir. Biz daim bununla üzləşirik və mümkün olan hər şəkildə bunun qarşısını almağa çalışırıq” deyib. Onun sözlərinə görə, FTB son illər “Rusiya kəşfiyyatçılarının” müəyyən olunması və deportasiyasında mühüm irəliləyiş əldə edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns iyulun əvvəlində bildirib ki, Rusiyadakı vəziyyət ABŞ adından Rusiyadan agentlər cəlb etmək üçün geniş imkanlar açır. Onun sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi və digər Amerika kəşfiyyat orqanları hazırda bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər.