Füzulidə yük maşını minik avtomobilinin üzərinə aşıb

13:14 27.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzuli şəhərində ağır qəza olub.

Trend xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yük maşını VAZ-2106 markalı avtomobil ilə toqquşub. Qəza zamanı yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.